ADP hakimiyyəti yeni korrupsiya layihələrindən imtinaya çağırdı

img

06-06-2011 [04:44]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət və partiyanın cari həyatına aid bir sıra məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti Qarabağ münaqişəsinin nizamlanmasına dair iyunun 25-də Kazanda keçiriləcək danışıqlara və həmin danışıqlar zamanı imzalanması planlaşdırılan ?çərçivə sazişi?ni müzakirə etmiş və bəyanat qəbul edib. İdarə Heyəti son vaxtlar ABŞ-Azərbaycan münasibətlərinin yaxınlaşması məsələsinə toxunmuş, bu münasibətlərin istiləşməsi və yoluna qoyulması təqdir edilmiş, eyni zamanda qeyd edilib ki, münasibətlər yenə də demokratiya sahəsində güzəştlərə gedilməsi sayəsində yoluna qoyulursa, bu ABŞ və Azərbaycanın strateji maraqlarına uyğun olmayan utancverici hal kimi dəyərləndirilməlidir. Nabucco qaz kəməri layihəsilə bağlı son zamanlar başlanan müzakirələrə münasibət bildirən İdarə Heyəti Azərbaycanın milli sərvətlərinin beynəlxalq bazara çıxarılmasında üçüncü dövlətlərdən istifadə edilməsi praktikasına son qoyulmasının vacibliyini bildirib. Xüsusən Azərbaycan qazının Rusiya ərazisi ilə Avropa bazarına nəql olunmasını Azərbaycanın milli maraqlarına cavab vermədiyi qeyd edilib. İdarə Heyəti Eurovision mahnı müsabiqəsinin gələn il Azərbaycanda keçirilməsi ilə əlaqədar Bakıda iri maliyyə tutumlu proyektlərin, o cümlədən yeni stadionun tikintisinə start verilməsini ölkədə sosial iqtisadi vəziyyətin ağır olduğu, iş yerlərinin çatışmadığı, milyonlarla insanların yaşayış mənzillərinə təlabatı olduğu bir vaxta qəbuledilməz sayır, eyni zamanda bu tipli layihələrin yeni korrupsiya mənbəyinə çevriləcəyindən hökuməti bu cür addımlardan çəkinməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA