Ilqar Altayın yeni tədqiqat planları var

img

05-06-2011 [12:28]


İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnteqral" jurnalının baş redaktoru, müstəqil tədqiqatçı İlqar Altayla hazırkı fəaliyyəti və gələcək planları barədə qısa söhbət etdik. İlqar bəy bir neçə müddətdir ki, şəxsi ailə problemləri ilə məşğul olduğunu bildirdi. Fəaliyyətində və jurnalın buraxılışında fasilə yaranmasını bununla əlaqədar olduğunu vurğuladı. Bundan əvvəl müxtəlif konfliktlərin araşdırılması məqsədi ilə Türkiyə, İsrail və İrana səfərlər etmiş müstəqil tədqiqatçı kriminalist növbəti tədqiqat səfərini Polşanın mərhum prezidenti Lex Kaçinskinin təyyarə qəzasının araşdırılması məqsədilə, Moskva, Smolensk və Varşavaya etməyi planlaşdırdığını söylədi. Bəs, Azərbaycanda ictimai maraq doğuran ziddiyyətli hadisələrə hansı münasibəti barədə sualımıza İlqar Altayın cavabı belə oldu: "Əvvəllər ölkəmizdə baş vermiş bir sıra müəmmalı, ziddiyyətli hadisələrin tədqiqatını aparmışam. Çox maraq doğuran hadisələrdən birisi Azərbaycan Neft Akademiyasında baş vermiş terror aktıdır. Bu barədə aparılan istintaq və keçirilmiş məhkəmələr xeyli suallar ortaya çıxarıb. Xüsusilə, bu terrorun təşkilatçısı hesab edilən erməni Qumaşyanın barəsində. Hesab edirəm ki, bu məsələnin müstəqil ictimai araşdırmasına ehtiyac var".  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA