Bayram Səfərov həmsədrlərdən hərəkətlilik tələb edir

img

04-06-2011 [02:51]


?Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır. Bizim istəyimiz yalnız bundan ibarətdir?. Bu fikirləri ?Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması? İctimai Birliyinin sədri Bayram Səfərov deyib. B.Səfərov bildirib ki, Azərbaycan tərəfinin mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. Onun sözlərinə görə, Ermənistan isə bütün fəaliyyəti ilə beynəlxalq qaydalara əməl etmədiyini göstərir. ?Biz öz torpağımıza qayıtmaq istəyirik. Münaqişənin həlli də Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan silahlı qüvvələrindən azad olunmasından başlamalıdır. Həmsədr ölkələrin prezidentləri həqiqətən tezliklə münaqişənin həllini istəyirlərsə, bu istiqamətdə addımlar atılmalıdır?- deyə B.Səfərov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA