ADP sədrinin müavini Bakı Şəhər Prokurorluğunda dindirilib

img

04-06-2011 [10:40]


Azərbaycan Demokrat Partiyası sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyev dünən Bakı Şəhər Prokurorluğuna çağırılıb. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, prokurorluqda olan C.Hacıyev müstəntiq Zeynal Zeynalov tərəfindən dindirilib. Ondan gənclərin təşkil etdiyi və siyasi məhbuslara azadlıq tələb edən son aksiya ilə əlaqədar, habelə həbsdə qaldığı müddətdə işgəncəyə məruz qalmasına dair izahat alınıb. C.Hacıyev həbs olunarkən Səbail rayonu 39-cu polis bölməsində işgəncəyə məruz qaldığını müstəntiqə bildirib və izahatında bu barədə ətraflı qeyd edib. Dindirmə prosesini üç saata qədər uzadan müstəntiq Z.Zeynalov sonda ona bədən xəsarətlərinin olub olmaması ilə əlaqədar tibbi ekspertizadan keçməsi üçün arayış təqdim edib. Cəmil Hacıyev ADP mətbuat xidmətinə daha sonra bunları bildirib: ?Prokurorluq bizim vəkilin apellyasiya şikayətindən təqribən 10 gün keçdikdən sonra araşdırmalara başlayıb və bu müddət qəsdən uzadılıb ki, bizim bədənimizdəki xəsarətlərin izləri getsin. Yəni hazırda tibbi ekspertiza keçirilməsinin heç bir əhəmiyyəti yoxdur.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA