Berti Foqts hakimi günahlandırdı

img

04-06-2011 [12:33]


Bu gün Astana şəhərində keçirilən Qazaxıstan - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts qarşılaşma ilə bağlı fikirlərini bildirib. O, rəqib komandanı qələbə münasibətilə təbrik edib və deyib ki, onlar qələbəyə layiq idilər: ?Qazaxıstan yığması 90 dəqiqə sürətli oynadı. Bizim isə 14 günlük hazırlıqdan sonra belə oyunumuz və nəticə məni təəssüfləndirdi. Biz öz oyunumuzu nümayiş etdirmək istəsək də, alınmadı. Öz səhvlərimizdən öyrənməliyik. Bu, tək mənim yox, həm də klubların işidir. Futbolçuların fiziki hazırlığı üzərində çalışmalıyıq. Rəqib sürətli futbol oynadı və bunun qarşısını ala bilmədik. Bu gün bəxt də Qazaxıstan yığmasının tərəfində idi. Məğlubiyyətdən sonra kimisə günahlandırmaq ən asan iş olardı. Sözsüz ki, hakim səhvi vardı. Ancaq hakim fiti səsləndirmədiyindən, Rəşad Sadiqov sona kimi oynamalı idi. Mən futbolçulara demişdim ki, hakim Britaniyadan olduğundan, hər qayda pozuntusuna görə fit səsləndirmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA