Rəzad Sadıqov: ?Sabah ən vacib oyunuma çıxıram?

img

02-06-2011 [03:52]


Bu gün Qazaxıstanın Astana şəhərindəki ?Rixos President Astana? otelində Azərbaycan millisinin futbolçularının iştirakı ilə mətbuat konfransı keçirilib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, konfransda yığmanın kapitanı Rəşad Sadıqov da iştirak edib. Futbolçu sabah baş tutacaq Qazaxıstanla oyunu karyerasının ən vacib qarşılaşması adlandırıb. ?11 ildir yığmadayam. Onu deyə bilərəm ki, sabah ən vacib oyunuma çıxacağam. Bu, şəxsən mənim üçün belədir. Bu oyunla futbolumuzun gələcək taleyi ilə bağlı ya müsbət, ya da mənfi fikirlər yaranacaq. Bunu uzun müddət dəyişmək çətin olacaq. Hələ Almaniya yığması ilə oyun haqda fikirləşmirik. İki həftədir bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik, süni qazonda məşq edirik. Qazaxıstan yığması indi tam fərqli futbol oynayır, fiziki cəhətdən hazırlıqlıdır, daha istəklidir?, - deyə Rəşad Sadıqov bildirib. Xatırladaq ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan ? Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA