Milli Dirçəliz Hərəkatı cavab verdi

img

03-06-2011 [04:32]


Milli Dirçəliş Hərəkatının mətbuat xidməti ?Azadlıq? qəzetinin 03 iyun 2011-ci il tarixli sayında Natiq Güləhmədoğlu ?Heydər Əliyev Xocalı faciəsindən iki gün sonra...? yazısına cavab verib. Mətbuat xidmətindən MİA-ya daxil olan açıqlamada bildirilir ki, N. Güləhmədoğlu öz yazısında Milli Dirçəliş Hərəkatının sədri, Millət Vəkili Fərəc Quliyevi ?ağalarının? göstərişi ilə gərəksiz və əsassız fikirlərlə ittiham edib: ??Azadlıq? qəzetinin rəhbərlərinin gündə bir əxlaqsız hərəkətlərlə televiziyalarda və Kütləvi İnformasiya Vasitələrində görsənmələri bu insanların kimliyini göstərir. Əslində bu tip adamlara ?yazarlara? cavab vermirik. ?AXCP?ni şantaj və mantajla ələ keçirən Əli Kərimlinin kimliyi bizə məlumdur. Qrant almaq üçün bu hay-küyçulər heç bir milli dəyər və əxlaq anlamır, anlamaqları da mümkün deyil. Fərəc Quliyev Elçibəy yoluna və millətə sadiqdir, sədaqətlə yolunu davam etməkdədir. Bu kimləri isə qorxutmasın. Milli Dirçəliş Hərəkatının sədri, Millət Vəkili Fərəc Quliyevin yüksələn nüfuzu, millətin sabahı üçün cızdığı doğru strategiya, sonunadək ?radikal? müxalifət deyilən ?ayrıl-birləş? qrupunun yalançı gözboyama, qrantalma və milləti aldatma xəttini pozur və pazacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA