Əli Həsənov: "ABŞ, Fransa və Rusiya söz verdiklərini etmirlər"

img

02-06-2011 [03:47]


"Sabah və ya o biri gün Azərbayacanla Ermənistan arasında müharibənin başlamayacağına zəmanət yoxdur. Bizə müharibə yox, dinc yaşamaq lazımdır. Bizə dinc inkişaf lazımdır. Ancaq heç nə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini əvəz edə bilməz. Əgər lazım olsa biz ərazi bütövlüyümüz üçün canımızdan belə keçməyə hazırıq". Bunu "The New York Times" qəzetinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyəti şərh edərkən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov deyib. Əli Həsənov bildirib. "ABŞ, Fransa və Rusiya söz verdiklərini etmirlər. ABŞ belə düşünür ki, bu gün Dağlıq Qarabağ kimi regional münaqişələr deyil, Əfqanıstan və İraq, Şimali Afrika, Avropada raketdən müdafiə sistemləri daha vacibdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA