Tahir Abbaslı: ?Əfv sərəncamı həddindən artıq gecikmiz addımdır?

img

27-05-2011 [05:49]


?Əfv sərəncamının imzlanması, xüsusilə də jurnalist Eynulla Fətullayevin həbsdən buraxılması yaxşı haldır. Amma həddindən artıq gecikmiş bir addımdır?. Bu fikri prezidentin imzaladığı əfv sərəncamına münasibət bildirən AİDP sədri hacı Tahir Abbaslı deyib. Onun fikrincə, gecikdiyinə görə də hakimiyyətə baş ucalığı gətirməyən bir addımdır. AİDP sədri hesab edir ki, bu addım Eynulla Fətullayevin həbsinə dair ilk etirazlar başlamamış atılmalı idi: ?Həm də yerli ictimaiyyətin nümayəndələri, ziyalılar. jurnalistlər, siyasətçilərin etirazı nəzərə alınmalı idi. Amma təəssüf ki, bu addım vaxtında atılmadı və hakiyyət yerli etirazları heçə saydı. Əksinə məsələni bir qədər də qəlizləşdirib dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini cəlb etdi. Onlar təbii ki, bundan öz maraqları üçün istifadə etməyə başladılar. Bu da bütün hallarda ölkəmizin imici üçün yaxşı hal sayıla bilməzdi?. T.Abbaslı hesab edir ki, beynəlxalq təzyiqin nəticəsində atılan bu addım demokratik gediş sayıla bilməz: ?Əgər hakimiyyət vaxtında yerli etirazları qəbul edib bu addım atsaydı bunu azad fikrə sayğı, demokratiya göstəricisi saymaq olardı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA