Milli Qurtuluz Partiyası Güney Azərbaycandakı həbsləri pislədi

img

26-05-2011 [01:37]


2006-ci il 22 may tarixində Güney Azərbaycanda türk millətinin fars molla rejimi tərəfindən təhqir edilməsinə kütləvi etirazların və rejimin vəhşicəsinə etirazları yatırmasının 5-ci ildönümü münasibəti ilə Sulduz (Nəqədə) şəhərində o zaman etirazlarda şəhid olmuş Milli Hərəkat üzvlərinin xatirəsini yad etmək məqsədi ilə bu şəhərə gedən Milli Hərəkat fəalları həbs edilib. Məlumata görə, həbs olunan fəallar arasında Abbas Lisani, Əsgər Əkbərzadə, İbrahim Rəşidi Savalan, Siyamək Mirzayi, Nadir Əzizi, Həsən Kərimzadə ,Əli Xeyrcu, Həmid Cəbbari, Əfşin Şəhbazi, Kiyan Peyğami, Vəhid Faez, Mehrdad Kərəmi, Ruzbeh Səadəti, Məhəmməd Əhədi, Əli Pakbaz, Cəlil Tari, Yaşar Piri, Məhəmməd İskəndərzadə, Həmid Mənafi, Sabir Cəhani, Məcid Sacedi, Məhəmməd Çixarlı və Mehdi Əjdəri var. 20-dən çox fəalın isə kimlikləri müəyyənləşdirilməyib. Son xəbərdə deyilir ki, həbs olunanların sayı 50 nəfəri keçib. Hadisə ilə bağlı Milli Qurtuluş Partiyası Siyasi Şurası bəyənatla çıxış edib. Bəyənatda fars molla rejiminin Güney Azərbaycan türklərinin milli və insan haqqlarını növbəti dəfə kobudluqla pozmasına etiraz bildirilib və rejimin dinc şəkildə öz mövqeyini ifadə etmək istəyən etirazçıları həbs etməsi pislənilib. MQP SŞ beynəlxalq ictimaiyyəti həbs olunanların taleyinə biganə qamamağa səsləyib. MQP başqanı Vüqar Bəyturanın sözlərinə görə, partiya rəhbərliyi Azərbaycan hakimiyyətinə də müraciət edərək, Bakıda casusxana kimi fəaliyyət göstərən, Güney Azərbaycanda soydaşlarımıza qarşı qətliamlar həyata keçirən, Quzey Azərbaycanda dini-milli-siyasi təxribatlar törədən İran adlanan dövlətin səfirliyini ölkədən çıxarmağı tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA