Müsavat ölkə və beynəlxalq ictimaiyyətinə hakimiyyətlə bağlı çağırız etdi

img

25-05-2011 [08:34]


Müsavat Partiyası bəyanat verib. MİA-ya daxil olan bəyanatda bildirilir: ?Dünən 02 aprel mitinqinə görə barələrində iki aylıq həbs qətimkan tədbiri seçilən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının və AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidlinin həbs müddəti uzadılıb. Bundan əlavə məhkəmə Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli və bitərəf Elnur İsrafilov haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair vəkillərin qaldırdıqları vəsadətlər təmin edilməyib?. Müsavat Partiyasının, ölkədəki bir çox ictimai-siyasi təşkilatların, nüfuzlu beynəlxalq qurumların əvvəllər də bildirdiyi kimi, bu cinayət işi başdan-ayağa saxtadır və siyasi sifarişlə aparılır. Hakimiyyətin əsas məqsədi həbs olunan insanları siyasi baxışlarına görə cəzalandırmaqdır. Həbslərdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq istintaqın hələ də yekunlaşmaması bu deyilənləri bir daha sübut edir. Əslində istintaq 02 aprel mitinqindən sonra 14 nəfəri heç bir əsas olmadan cinayət məsuliyyətinə cəlb edib və yalnız bundan sonra onlar haqqında fakt toplamağa başlayıb. Fakt isə yoxdur, çünki əslində İctimai Palata nümayəndələri tərəfindən heç bir cinayətə yol verilməyib. Müsavat Partiyası bir daha 02 aprel mitinqinə görə həbs olunan və əksəriyyətinə beynəlxalq təşkilatlar tərəfindən ?vicdan məhbusu? adı verilmiş insanların dərhal azadlığa buraxılmasını tələb edir. Biz habelə ölkə ictimaiyyətini, beynəlxalq təşkilatları bu özbaşınalıqlara, təqib və repressiyalara qarşı daha barışmaz mövqe nümayiş etdirməyə çağırırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA