ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağla bağlı bəyanat verəcəklər

img

25-05-2011 [07:24]


Rusiya, ABŞ və Fransa prezidentləri Böyük 8-lər ölkələrinin Dovildə keçiriləcək sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış edəcəklər. İTAR-TASS agentliyinin məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib. O sabah Fransanın Dovil şəhərində keçiriləcək sammitinin gündəliyinə Dağlıq Qarabağ məsələsinin də salındığını və hazırda münaqişə ilə bağlı üçtərəfli bəyanat hazırlandığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA