ADP Gənclər Təzkilatı bəyanat verdi

img

25-05-2011 [07:12]


ADP Gənclər Təşkilatı 22 may tarixində Azərbaycanın müstəqil gənclər təşkilatlarının ölkədə gənclərə qarşı aparılan son repressiyalara etiraz əlaməti olaraq keçirdikləri dinc aksiyaya hakimiyyətin müdaxiləsini, gənclərə qarşı, o cümlədən ADP fəalları Kamal Hüseynova, Orxan Hüseynova, Osman Əhmədova, Gülnarə Hüseynovaya və s. polis və mülki geyimli şəxslər tərəfindən zorakılıq törədilməsini və bir neçə gəncin, o cümlədən ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyevin, ADP Gənclər təşkilatının üzvü Emin Fərhadinin, digər gənclər Ağasif Şakiroğlu və Orxan Carçıyevin saxlanılaraq polis bölmələrinə aparılmasını, orada onların fiziki zorakılığa və işgəncəyə məruz qalmasını və saxta ittihamla inzibati qaydada həbs olunmasını qətiyyətlə pisləyir. ADP Gənclər Təşkilatı hakimiyyət orqanlarının gənclərə qarşı apardığı repressiya siyasətindən əl çəkməyə, həbsdə olan bütün gənclərin dərhal azad etməyə çağırır və əks halda bundan sonra Azərbaycanda inkişaf edəcək bütün hadisələrin məsuliyyətini iqtidarın daşıyacağını bəyan edir. ADP Gənclər Təşkilatı bəyan edir ki, artıq gəncləri həbs etməklə, fiziki zorakılığa məruz qoymaqla, qorxu xofu yaratmaqla onları ölkənin ictimai-siyasi həyatında aktiv iştirakının qarşısını almaq və hakimiyyətin ömrünü uzatmaq mümkün deyildir. ADP Gənclər Təşkilatı beynəlxalq ictimaiyyəti Azərbaycanda gənclərə qarşı aparılan total repressiya kampaniyasının qarşısını almaq istiqüamətində Azərbaycan hökumətinə öz təsir imkanlarından istifadə etməyə və demokratiyanın inkişafına və diktaturadan xilas omaq üçün Azərbaycan gəncliyinə dəstək verməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA