Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli daha 2 ay həbsdə qaldı

img

24-05-2011 [06:21]


Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP üzvü Məhəmməd Məcidli daha iki ay həbsdə qalacaqlar. Mayın 24-də Səbail məhkəməsi onların barəsindəki iki aylıq həbs qətimkan tədbirinin daha iki ay artırılması ilə bağlı qərar verib. Bu haqda AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev deyib. Onun sözlərinə görə, qarşı tərəf müddətin artırılmasını istintaq hərəkətlərinin aparılması ilə izah edir. Xatırladaq ki, aprelin 2-də A. Hacılının da üzvü olduğu İctimai Palata Bakının mərkəzində etiraz aksiyası keçirməyə cəhd edib. Həmin gün baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Səbail rayon Məhkəməsi A. Hacılı , Tural Abbaslı və Məhəmməd Məcidli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA