üç partiya sədri yenidən bir araya gəldilər

img

23-05-2011 [06:59]


Bu gün Azərbaycan Yaşıllar Partiyasının (AYP) qərargahında AYP sədri Mayis Gülalıyev, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında növbəti görüş keçirilib. MİA-nın məlumatına görə, partiya sədrlərinin görüşündə ölkədəki ağır social-iqtisadi və gərgin ictimai-siyasi vəziyyət və ondan çıxış yolları, Avropa Parlamentinin (AP) sədri Yerji Buzeklə aparılmış müzakirələr, ?Vətəndaş Hərəkatı? Təşəbbüs Qrupunun əməkdaşlıqla bağlı müraciətinin dəyərləndirilməsi və digər məsələlər müzakirə olunub. AP-nin sədri Y.Buzekin Bakıya səfəri çərçivəsində verdiyi mesajları müsbət qiymətləndirən partiya rəhbərləri Avropa İttifaqının və bütövlükdə Qərbin Azərbaycanda demokratiyanın təntənəsi məsələsində prinsipial mövqe tutacağına ümid ifadə ediblər. Müxalifət qüvvələri arasında sıx inteqrsiyanın tərəfdarı olan AYP, ALP və VİP sədrləri ?Vətəndaş Hərəkatı? Təşəbbüs Qrupunun birlik təşəbbüsünün reallaşması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildiriblər. Görüşün sonunda müzakirə olunan məsələlərə dair uyğun qərarlar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA