Fərəc Quliyevin Avropa parlamentinin prezidenti Yerji Buzeklə görüzdəki çıxızı

img

21-05-2011 [04:44]


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Dirçəliş Hərəkatının ( MDH ) sədri Fərəc Quliyevin 20 may 2011-ci il tarixdə Avropa parlamentinin prezidenti Yerji Buzeklə görüşdəki çıxışının tam mətni. Cənab prezident, hörmətli qonaqlar. Siz Azəırbaycana xoş gəlmisiniz. Nüfuzlu beynəlxalq təşkilatın Azərbaycanla əməkdaşlıq iradəsi tərəfimizdən rəğbətlə qarşılanır. Beynəlxalq təşkilatlar beynəlxalq hüququn törəmə subyektidir. Bu təşkilaatlar dövlətlərin öhtəlikləri ilə yanaşı, hüquqlarını da nəzərə almalıdır. Avropa evi yarananda da hər bir dövlətin hüquqları, prioritetləri nəzərə alındı. Almanya ilə Polşa arasında Oder-Neys problemi vardı. Almanya Oder-Neys boyu sərhədi tanıdı və bu məsələ həllini tapdı. Avropadakı başqa ziddiyətlər də aradan qaldırıldı. Bundan sonra avropa evini yaratmaq təşəbbüsü ayaq tutmağa başladı. Müstəqillik və inkişaf yolunda əsasən şərqi avropa ölkələri böyük çətinliklər keçdi. 2-ci dünya savaşı, 60-cı illərdə azadlıq istəyinin qanla boğulması yaxın keçmişdir. Biz də eyni çətinliklərdə müstəqil dövlət qurmuşuq. Bizim üçün də prioritet ölkəmizin müstəqilliyi və ərazi bütövlüyüdür. Mən siqnator deputatam. 1991-ci ildə parlamentdə Azərbaycanın müstəqillik aktını hazırlayan və ona səs verən, 7 il həpisxana həyatı yaşayan, parlamentdən həbsxanaya, həbsxanadan parlamentə qədər yol keçən müxalifətçi partiya sədriyəm. Ona görədə milli maraqlar naminə fərdi, qrup və partiya maraqlarımızı düşünmədən qurban verməyə hazırıq. Biz insan hüquqları və digər təməl azadlıqlar uğrunda mübarizə aparmışıq və aparırıq. Müxtəlifliyi qorumaqla birləşmək şüarı sizin ana şüarınızdır. Bizim də ən müxtəlif hüquqlarımıza, müxtəlifliyimizə, prioritetlərimizə hörmətlə yanaşılmalıdır. Sizin Azərbaycana yönəli son qətnamənizdə mitinq cəhdi edən iki yüz nəfərin hüquqları üçün narahatlığını anlamağa çalışırıq. Amma hüquqları pozulan bir milyon vətəndaşımız üçün də eyni operativ əndişəni keçirməməyinizi anlamırıq. Məscidlərimiz, qəbristanlıqlarımız, mədəniyyət abidələrimiz dağıdılıb. İnsanıarımız öz torpağından qovulub. Ölkəm işğal altındadır. Bu insanların haqları, təməl azadlıqları yoxdurmu? Mənim bir iradım da qətnaməni hazırlayarkən istinad etdiyiniz mənbə məsələsidir. Ölkəmizdə ictimai-siyasi durumla bağlı bizlərdən heç bir rəy öyrənilmədən, bir neçə yüz nəfərin iradəsini ifadə edənləri məlumat mənbəyi kimi qəbul etmək nə qədər doğrudur? Ölkəmiz haqda sənəd qəbul etdikdə Siz legitim mənbələrə istinad etməlisiniz. Bir neçə yüz adamın iradəsini ifadə edənlər xalqın adından danışa bilməzlər. Bizim konstitusiyaya görə yalnız prezident və deputatlar xalqın adından danışa bilər. Bu çox həssas məsələdir. Mən qəbul olunmuş qətnaməni daha çox daxilə yox beytnəlxalq ictimai rəyə hesablandığı qənaitindəyəm. Azərbaycanı sevməyən dövlətlərə, imperiya ambisiyalı dövlətlərə bəhanəmi vermək istəyirsiniz? Bir müddət öncə Gürcüstanda qarışıqlıq salan destruktiv qüvvələrin hərəkətlərinin ardından Rusiyanın Gürcüstana açıq təcavüzü oldu. Gürcüstan az qala müstəqilliyini itirəcəkdi. Bütün dünya şoka düşdü. Bizim də çox həssas məsələmiz var-Qarabağ məsələsi. Qarabağ problemini Rusiya yaradıb və Ermənistan sadəcə maşadır. Biz ölkəmizin taleyinə məsuluq. Vətənimdə dəyişikliklərin ancaq sivil, demokratik mübarizə, yarış yolu ilə olması arzulanmalıdır. Biz ölkəmizdə xaos istəmirik. Heç kəsin də burada xaos modelləşdirməsini istəmirik. Kimsənin də bu xaosdan bərələnməsini istəmirik. Göründüyü kimi xalqın dəstəyini almayan bir qrup adamın xaotik hərəkətinə qətnamə ilə adekvat olmayan münasibət yanlışdır və Azərbaycanla avropa təsisatları arasında mövsümi olmayan münasibətlərə xələl gətirən haldır. Biz bilirik ki, qəbul olunmuş sənəd az sayda nümayəndənin iradəsidir. Həttda sizin, səfərinizdən sonra bu sənədləri müzakirə etmək çağırışınızın olduğunu da bilirik. Buna baxmayaraq təşkilatınız adından bu sənəd qəbul olunub və yayılıb, ona görə də iradları təşkilat qəbul etməlidir. Sizin dediyiniz kimi aprelin 1-dən əvvəlki prizmadan məsələlərə yanaşsaq deməliyəm ki, Sizin rəhbərlik etdiyiniz qurumla ən yaxşı real münasibətlərimiz var və bu münasibətlərin daha da inkişaf etməsində maraqlıyıq. Amma dövlətlər və beynəlxalq təşkilatlar təkcə karbohidrogen ehtiyatlarını və sevinci paylaşmalı deyil, problemi, kədəri də paylaşmağı bacarmalıdır. Ümid edirik ki bizim öhtəliklərlə bərabər hüquqlarımız da göz önündə tutulacaqdır, Azərbaycanın ədalətli mövqeyi müdafiə olunacaqdır. Milli Dirçəıiş Hərəkatı mətbuat və informasiya xidməti.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA