iyulda QiƏT Parlament Məclisinin sessiyası keçiriləcək

img

21-05-2011 [02:06]


1-2 iyul tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin növbəti sessiyası keçiriləcək. Bu barədə Azərbaycanın bu təşkilatda nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Asəf Hacıyev məlumat verib. A.Hacıyev bildirib ki, mayın 18-də keçirilmiş qurumun büro iclasında sessiya öncəsi məsələlər müzakirə olunub. Onun sözlərinə görə, iclasda QİƏT Parlament Məclisinin nizamnaməsində müəyyən dəyişikliklərin edilməsi qərara alınıb. Bu məqsədlə işçi qrupu yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA