Masallının YAP rayon təzkilatının sədri aydınlıq gətirdi

img

20-05-2011 [08:41]


Məlum olduğu kimi bir neçə gün öncə özlərini Masallı ziyalılar birliyinin üzvləri kimi təqdim edən bir qrup rayon sakini Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) mətbuat konfransı keçirərək rayon İH başçısı Qəzənfər Ağayevin istefasını tələb ediblər. Qurumun sədri YAP üzvü Məmmədağa Eynullayevin dediyinə görə, Masallıda vəziyyət o həddə çatıb ki, YAP-çılar da etiraz aksiyasına qoşulublar. İcra Başçısı Qəzənfər Ağayevin qanunsuz əməllərindən ölkə prezidentinə, müxtəlif aidiyyatı distansiyalara ünvanlandıqları şikayət ərizələrinə heç bir reaksiya verilmədiyindən hiddətlənən YAP-çılar tələbləri yerinə yetirilmədiyi təqdirdə müxalifətin yaratdığı İP-ya üzv olacaqlarını bəyan ediblər. Bu olayla bağlı YAP Masallı Rayon Təşkilatının sədri Səfalı Paşayev bildirib ki, özünü YAP-ın üzvü elan edən bu adamların YAP-ın Masallı rayon təşkilatı ilə heç bir əlaqəsi yoxdur: ?RİH-nin son aylar apardığı geniş quruculuq işlərinə kölgə salmaq istəyən 5-6 adamın YAP-ın adından belə çıxışlar etməsi ən azından heç bir məntiqə sığmır. Özünü Masallı Ziyalılar Birliyinin sədri kimi qələmə verən Məmmədağa Eynullayevin siyasi tərcümeyi-halı onu göstərir ki, bu adam həqiqətən ?xamilyona? bənzəyir. Əvvəllər Xalq Cəbhəsinin, sonradan YAP-ın üzvü olan M.Eynullayev indi də respublikada bir qrup adamın hay-küyünün təsiri altına düşərək icra hakimiyyətindən nəsə qoparmaq iddiasındadır. Bir il əvvəl RİH-nin hüquq şöbəsinə rəhbərlik edən M.Eynullayev rüşvətxorluq üstündə vəzifəsindən kənarlaşdırılıb. Elə o vaxtdan da onun işi-gücü yuxarı instansiyalara icra başçısından böhtan xarakterli məktublar yazmaqdır. Onun məqsədi hər vasitə ilə rayonda qarışıqlıq yaratmaq, İH başçısı Qəzənfər Ağayevi gözdən salmaq, onun nüfuzuna xələl gətirməkdir?. S.Paşayev onu da bildirdi ki, bu gün Masallıda sözün əsl mənasında ictimai-siyasi vəziyyət tam sabitdir, həyat öz axarında davam edir. Beş-altı adamın ?davası? isə ?yorğan davası?dır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA