ALP və ViP hakimiyyəti vətəndazların hüquq və azadlıqlarına hörmətlə yanazmağa çağırır

img

20-05-2011 [06:18]


Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) birgə Bəxtiyar Hacıyevlə bağlı birgə bəyanat verib. MİA-ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti ölkədə fikir və özünüifadə azadlığının məhdudlaşdırılmasına yönəlik daha bir addım atıb: ?Hakimiyyət ölkə daxilindən və xaricdən edilən çoxsaylı çağırışlara əhəmiyyət verməyərək, ictimai-siyasi aktivliyi ilə seçilən gənc fəal Bəxtiyar Hacıyev barəsində 2 il müddətinə həbs qərarı verilməsinə təsir göstərib?. Azərbaycan Liberal Partiyası (ALP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) B.Hacıyev barəsində verilmiş bu cəza qərarını qətiyyətlə pisləyir. VİP ilə ALP qondarma ittihamlarla həbsə atılan B.Hacıyevin və digər fəalların azadlığa buraxılmasını tələb edir, hakimiyyəti vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşmağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA