?Yazı 65-i keçən naziri, millət vəkilini, adminstrasiya rəhbərini, baz naziri görmürlər?

img

20-05-2011 [04:20]


Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışanlar üçün son yaş həddinin 65 müəyyənlşdirilməsi razılıqla qarşılanmayıb. Narazı qalanlar arasında AİDP də var. Partiyanın sədri hacı Tahir Abbaslı məsələ ilə bağlı açıqlamasında deyib ki, hökumət Əmək Məcəlləsinə müvafiq dəyişiklik etməmişdən əvvəl ətraflı fikirləşməli idi: ?Hansı problemlərin yrana biləcəyi əvvəldən götür-qoy olunmalı idi. Biz hesab edirik ki, bu dəyişiklik ilk növbədə psixoloji cəhətdən insanları sarsıda bilər. Yaponiyada məhz bu məqamı nəzərə alaraq işçilərə pensiyaya çıxandan sonra da gənc mütəxəssislərin yanında çalışmağa, təcrübəsini bölüşməyə imkan yaradılır və müəyyən miqdarda maaş verilir. Bizdə isə məsələni birdəfəlik həll etmək istəyirlər. Psixoloji problemdən başqa bu qərar keyfiyyətli mütəxəssis qıtlığı da yarada bilər. Çünki bizdə son 20 il ərzində yaxşı mütəxəssislər yetişdirilməyib. Çünki təhsil sistemində naqisliklər çoxdur. 2-3 faiz çıxmaq şərtilə əksəriyyət ali təhsili rüşvətlə baş vurub. Yaşlı və təcrübəli insanları həmin ?mütəxəssislərlə? əvəzləmək istəyirlər? Bu düzgün deyil. Nəticəsi pis ola bilər?. AİDP sədri hesab edir ki, gələcəkdə bu məsələni köklü şəkildə həll etmək mümkündür. Amma indiki halda kəskin şəkildə müdaxilə pis nəticələrə gətirib çıxara bilər: ?Nəzərə almaq lazımdır ki, hökumət təqaüdə çıxanlara yüksək yaşayış vəd edə bilmir. 100-200 manatlıq pensiyadan başqa. Mən yüzlərlə mütəxəssis tanıyıram ki, pensiyaya çıxandan sonra məhz ehtiyac ucbatından işləyir. Bunu da nəzərə almaq lazımdır. Əgər qərar qətidirsə onda hökumət həmin mütəxəssislərə ən azı aldıqları maaş qədər pensiya verməlidir. Hesab edirəm ki, hökumətin 40 faizlik pensiya artımı həmin insanların yarasını sağalda bilməz?. T.Abbaslı onu da bildirdi ki, dəyişiklik məsələsi gündəmə gələndə ilk növbədə yada müəllimlər və tibb işçiləri düşüb: ?Hamı onların ixtisarından danışır. Amma yaşı 65-i keçən naziri, millət vəkilini, adminstrasiya rəhbərini, baş naziri görmürlər. Əgər söhbət fiziki imkandan gedirsə həmin şəxslər də işdən azad olunmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA