ictimai Palata etiraz bəyanatı yaydı

img

19-05-2011 [11:47]


Mayın 25-27-də İndoneziyada keçiriləcək 16-cı ?Qoşulmamaq hərəkatı? konfransında Azərbaycan rəsmən bu təşkilatın sıralarına daxil olacaq. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə açıqlama verib. Bununla bağlı İctimai Palata etiraz bəyanatı yayıb. Bəyanatda deyilir: ?Azərbaycan hökuməti mayın 25-27-də İndoneziyada keçiriləcək 16-cı ?Qoşulmamaq hərəkatı? konfransında bu quruma üzv olmaq məqsədini rəsmən elan edib. İctimai Palata bu məqsədi Azərbaycan müstəqilliyini bərpa edəndən bəri izlədiyi xarici siyasət kursuna zidd və milli maraqlarımız baxımından yanlış hesab edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi 1990-cı illərdən bəri hpkumətlər dəyişsə də, müsbət bir cəhət kimi ölkənin xarici siyasət kursunda Avro-Atlantik məkana inteqrasiya aparıcı xətt olaraq qorunub saxlanıb. Lakin son illərdə Azərbaycan hakimiyyəti özünün avtoritar mahiyyəti səbəbindən demokratikləşmə istiqamətində səy və tələblərini artıran Qərb dünyası, Avropa ilə məsafə saxlamağa başlayıb və bu məsafə getdikcə böyüməkdədir. Azərbaycan hakimiyyətinin hər hansı hərbi və siyasi birliyə üzvlüyü istisna edən ?Qoşulmamaq hərəkatı?na qatılmaq qərarı da Avropadan uzaqlaşmaq kursunun göstəricisidir. İctimai Palata belə bir kursun seçilməsini yanlış hesab edir və Azərbaycan iqtidarının bununla xarici siyasət sahəsində geriyə addımladığını bildirir. İctimai Palata bəyan edir ki, hakimiyyət Azərbaycanı ?Qoşulmamaq hərəkatı?na üzv etməklə onun gələcəkdə Avropa Birliyi və NATO kimi qurumlarda təmsilçiliyi perspektivinə zərbə vurur, eyni zamanda dövlətin və cəmiyyətin maraqlarını nəzərə almadığını nümayiş etdirir. Azərbaycan dövlətinin və cəmiyyətinin maraqları Avro-Atlantik məkana daha dərindən inteqrasiya olunmağı, gələcəkdə Avropa Birliyinə və NATO-ya üzv olmaq imkanlarını artırmağı tələb edir. Azərbaycan üçün dünyanın mütərəqqi və davamlı inkişaf yolunu tutmuş hissəsi olan Avropa ailəsinə qoşulmaqdan başqa cəlbedici perspektiv ola bilməz. Ölkənin siyasi rəhbərliyi bunun əksinə olaraq Azərbaycanı Avro-Atlantik məkandan kənarda saxlamağa yönələn xarici siyasətini ?Qoşulmamaq hərəkatı?na üzvlüklə gücləndirmək istəyir ki, bu da ən böyük səhvlərdən və məsuliyyətsiz qərarlardan biri kimi tarixə düşəcək. İctimai Palata hakimiyyəti bu səhv niyyətindən geri çəkilməyə, üzünü Avro-Atlantik məkana tutmağa və mütərəqqi Avropa ailəsinin layiqli üzvlərindən biri olmaq naminə çalışmağa çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA