üç partiya sədri bir araya gəldilər

img

19-05-2011 [05:36]


?İnsan Naminə? seçki blokunun təsisçiləri olan Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mayis Gülalıyev, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında növbəti görüş keçirilib. Müntəzəm müzakirələr aparan adıçəkilən partiyaların rəhbərləri ölkədəki ictimai-siyasi vəziyyəti və müxalifətdaxili inteqrasiya məsələlərini müzakirə ediblər. VİP mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, eyni mövqedə dayanan müxalifət partiyalarının bir araya gəlmələrinin vacibliyini xüsusi vurğulayan AYP, VİP və ALP sədrləri irəli sürdükləri inteqrasiya təşəbbüsü çərçivəsində apardıqları müzakirələri dəyərləndiriblər. Görüşün sonunda müvafiq qərarlar qəbul edilib. Qarşılıqlı razılaşmaya əsasən, bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA