Azərbaycanda seçicilərin sayı 4 873 642 nəfərə çatıb

img

19-05-2011 [12:02]


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında seçicilərin daimi siyahılarının tərtibinə dair məsələyə baxılıb. Komissiya sədri Məzahir Pənahov bu ilin əvvəlində Məntəqə Seçki Komissiyalarında başlamış prosesin başa çatdığını elan edib. Onun sözlərinə görə, Azərbaycanda seçici siyahıları ilə bağlı heç bir problem yoxdur. Sonda məsələ səsverməyə qoyularaq təsdiqlənib. Bununla da vahid seçicilər siyahısı rəsmi sənəd statusu alıb. M. Pənahov bildirib ki, ümumilikdə ölkədə 5 milyona yaxın seçici var: ?Bu rəqəm neçə ildir ki, MSK-nın məlumat bankında toplanır və inernet səhifədə yerləşdirilib. Bu gün də bu sənədə rəsmi sənəd statusu veririk?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA