ADP amnistiya tələb edir

img

17-05-2011 [03:18]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri Avropa parlamentinin Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, söz və mətbuat azadlığına qarşı qoyulan məhdudiyyətlərin davam etməsi, siyasi həbslər və demokratiyanın əleyhinə yönələn digər məsələlər barədə çıxardığı qətnamənin reallıqları əks etdirdiyini bildirib və hakimiyyəti bu tənqidi qeydlərdən nəticə çıxarmağa, ölkədə insan hüquq və azadlıqları ilə bağlı əsaslı islahatlar aparmağa çağırıb. Eyni zamanda bu qətnamədə əksini tapan siyahıda 2 aprel mitinqində və ondan sonrakı dövrdə həbs olunan dinc aksiya iştirakçılarının adının yer almamasından narahat olduğunu diqqətə çatdırıb. İdarə Heyəti üzvləri Ermənistan prezidenti S.Sarksyanın beynəlxalq hüquq normalarına zidd olaraq, Azərbaycan dövlətinin razılığı olmadan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etməsini məhz bu dövlətin işğalçı olmasının daha bir sübutu kimi qiymətləndirib, Azərbaycanın rəsmi səviyyədə bu hadisəyə qiymət verməməsini yol verilməz hesab edib və bu səfərin aparılan sülh danışıqlarının ruhuna zidd olduğunu və Ermənistanın ilhaq niyyətində olmasını təsdiq etdiyini bir daha diqqətə çatdırıb. İdarə Heyəti üzvləri deputat İqbal Ağazadənin 28 May istiqlal bayramı münasibəti ilə amnistiya aktının qəbul edilməsi barədə qaldırdığı təşəbbüsü təqdir edib və istər humanizm, istərsə də dövlət müstəqilliyinin təbliği baxımından, o cümlədən cəmiyyətdə hökm sürən gərginliyi azaltmaq baxımından amnistiya haqqında qanunun qəbul edilməsini olduqca vacib olduğunu bir daha diqqətə çatdırıb. İdarə Heyəti Azərbaycanın Beynəlxalq neytrallar birliyinə üzv olması ilə əlaqədar müraciət etməsi haqqında İndoneziya xarici işlər nazirinin açıqlamasına görə iqtidarın rəsmi olaraq izahat verməsini tələb edib və beynəlxalq birliklərlə bağlı hər hansı addımın geniş ictimai müzakirələrdən keçmədən atılmasını düzgün nəticələrə çıxarmayacağını diqqətə çatdırıb. İclasda partiya həyatına dair bir sıra digər məsələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA