islam Partiyası BMT-nin israilin yaradılması ilə bağlı qərarını ədalətsiz sayır

img

16-05-2011 [12:05]


Azərbaycan İslam Partiyası (AİP) 63 il əvvəl İsrail dövlətinin yaradılmasına bəyanatla münasibət bildirib. Bəyanatda qeyd olunur: ?1095-ci ildə Beytül-Müqəddəsə səlib yürüşü ilə başlayan işğalçılıq siyasətini sionizm, 1948-ci ilin may ayının 15-də ingilis himayədarlarının köməyi ilə dünyanın və bəşəriyyətin rahatlığını pozan qondarma İsrail dövlətini yaratdı. Məzlum ərəb xalqının əzəli torpaqlarını müxtəlif hiylələrlə ələ keçirən bu səlibçilər zəbt etdikləri Fələstin ərazilərini etnik təmizləməyə, müsəlman xilqətini, soyqırıma məruz qoydular. On minlərlə fələstinli bu gün də ata-baba yurdundan didərgin salınmışdır. Qəzza faciəsinin ? körpə, qoca qadınların fosfor güllələri ilə yandırılması yarasının hələ sağalmadığı bu günlərdə torpaqlarının geri qaytarılmasını tələb edən onlarca fələstinli yenidən qətliam olunmuşdur. Təəssüflər olsun ki, artıq bütün dünyada işğalçılığın banisi kimi tanınan, mənəviyyatca pozğun imic qazanan, insan qətliamında bəşəri cinayətlərlə suçlanan sionist hakimiyyət hələ də çürümüş siyasətini bəşərin gözü qarşısında davam etdirir. Biz insanlığa qənim kəsilənlərin və onların qəsbkarlıq niyyətlərini reallaşdıranların eyni ssenari ilə ölkəmizin 20 faizini işğala məruz qoyanların tezliklə cəzalandırılmasını beynəlxalq təşkilatlardan tələb edirik. Bəyan edirik ki, sionistlərin, onların əlaltılarının, təmsilçilərinin heç bir sülhsevər, azad, bəşəri dəyərləri qiymətləndirən, əxlaqlı cəmiyyətlərdə yeri olmamalı, onlardan bəşəriyyətə, o cümlədən, ölkəmizə vurulan yaraların cavabı sorulmalıdır. Biz, qaniçən sionist rejimini insanlıq üçün ağır fəsadlı xəstəlik kimi qiymətləndirir və İslam dünyasını, tərəqqipərvər bəşəriyyəti bu rejimlə mübarizəyə çağırırıq?. Qeyd edək ki, 63 əvvəl ? 1948-ci il may ayının 15-də BMT-nin qərarı ilə İsrail dövlətinin yarandığı elan olunub. Qərara əsasən, həmin ərazilərdə həmçinin Fələstin dövlətinin yaradılması nəzərdə tutulsa da, qərar icra olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA