BQP Gürcüstana qarzı sərt bəyanat verdi

img

14-05-2011 [06:33]


?Rəsmi Tiflis azərbaycanlıların Gürcüstandan sıxışdırılması, onların ayrı-seçkiliyə məruz qoyulması, mümkün olduqca Azərbaycana təzyiq edilməsinə yönəlik siyasətinə daha bir addımı əlavə edib?. MİA-nın xəbərinə görə, bu fikirlər Böyük Quruluş Partiyasının (BQP) bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, azərbaycanlıların yaşadığı ərazidə məscidlərə təyin olunan din xadimləri indiyə qədər olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən deyil, Gürcüstanda yaradılan qurum tərəfindən həyata keçiriləcək: ?Bu, yüz minlərlə azərbaycanlılara qarşı rəsmi Tiflisin sərgilədiyi ayrı-seçkiliyin növbət nümunəsidir və xeyirxah məqsəddən uzaq adımdır. Bundan əvvəl də Gürcüstanda yaşayan azərbacandarın yaşadıqları ərazilərin adları onların iradəsininziddinə olaraq dəyişdirilib. Bu da Gürcüstanda milli eqoizmin hansı səviyyədə cərəyan etdiyini göstərir. Azərbaycanda azsaylı gürcülərin din xadimləri Gürcüstan patriarxı tərəfindən təyin oludğu halda, azərbaycanlardan belə bir imkanın alınması Gürcüstanla Azərbaycan arasında ələqalərin məhdudlaşdırılması və çoxsaylı etnosun hakimiyyətlə üzləşdirilməsi addımı kimi qiymətləndirilməlidir. Gürcüstanda azərbaycanlılara sərgilənən siyasət Azrbaycan Respublikasının qonşu ölkə münasibətlərindəki xoş məramına adekvat deyil?. BQP Gürcüstanın soydaşlarımza qarşı davam etdirdiyi diskriminasiya siyasətinə son qoyulması üçün Azərbaycanın geniş təsir imkanlarından yararlanmağı vacib hesab edir və ölkənin mövcud siyasi, ictimai təşkilatlarını onlara sahib çıxmağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA