Aydınlar Partiyası mitinqdə həbs olunanlarına azadlığa çıxmasını tələb edir

img

14-05-2011 [02:31]


Aydınlar Partiyasının bəyanatı kütləvi tədbirlərdə müxalifət nümayndələrinə qarşı edilən təzyiqlər və həbsləri pisləyən bəyanat verib. MİA-ya daxil olan bəyanatda bildirilir ki, İctimai Palatanın 2 aprel aksiyasından 43 gün hecməsinə baxmayaraq aksiya iştirakçılarının həbsinin davam etməsi hakimiyyətin toplumun siyasi baxımdan fəal kəsimində total qorxu mühiti yaratmaq cəhdindən başqa bir şey deyil. Bu günlərdə AXCP fəalı Elnur Məcidlinin həbsi də bu siyasətin davamıdır və gənc fəalları bəri başdan susdurmağa hesablanıb. Aydınlar Partiyası belə hesab edir ki, hakimiyyətin siyasi repressiyaları davam etdirməklə narazı kəsimi susdurmaq siyasəti iflasa ugrayacaq və tam əks effekt verəçək. Cünki siyasi həbslər cəmiyyətdəki narazılıqlarını səbəbini aradan qaldrımır, əksinə, yeni narazılıq mənbələri (siyasi məhbusların sayının artması, beynəlxalq hesabatlarda kəskin tənqid və s.) yaradır. Aydınlar Partiyası hakimiyyətdən 2 aprel aksiyasına görə həbs edilənlərin dərhal azadlığa buraxılmsını, siyasi təqiblərə son qoymağı, siyasi və iqtisadi islahatlara başlamağı tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA