AXCP-dən hakimiyyətə xəbərdarlıq

img

12-05-2011 [03:53]


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Elnur Məcidlinin həbsi ilə əlaqədar olaraq bəyanat yayıb. AXCP partiyanın Gənclər Komitəsinin fəalı Elnur Məcidli barəsində 48 saatlıq həbs qərarı çıxarılmasını hakimiyyətin növbəti özbaşınalığı kimi qiymətləndirir. Partiya Elnur Məcidlidən əvvəl Cabbar Savalanlını, Əhəd Məmmədlini, Tural Abbaslını, Bəxtiyar Hacıyevi, Rüfət Hacıbəylinin azadlıqdan məhrum edilməsini hakimiyyətin siyasi opponentləri ilə sivil normalar çərçivəsində davranmaq mədəniyyətində deyil, onlara qarşı qərəz kimi qiymətləndirir. AXCP hakimiyyətdən qanunsuz həbslər dərhal dayandırmağa Elnur Məcidli də daxil olmaqla siyasi motivlərlə azadlıqdan həbs olunanları azad etməyə çağırır. Bəyanatda qeyd olunur ki, yeni dövrdə feodal zehniyyətlə gəncliyi və ümummüxalifət ovqatını sındırmaq yox etmək mümkün deyil. Partiya xəbərdarlıq edir ki, hər bir qanunsuzluq, repressiya görsənişləri vətəndaşlarda dövlətə inanmsızlıqla yanaşı, cəmiyyətdə qarşıdurma və ədavət hisslərini gücləndirir. Azərbaycan hakimiyyətindən tələb olunur ki, cılız siyasi ambisiyaları naminə insanların söz və fikir azadlıqlarının tapdanılması dayandırılmalı, vətəndaşların təməl haqlarına hörmət qoyulmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA