Milli Məclis gələn həftə toplanır

img

12-05-2011 [02:53]


Milli Məclisin növbəti iclası mayın 17-də keçiriləcək. İclasın gündəliyinə Azərbaycan hökuməti ilə bir neçə dövlətin arasında hökumətlərarası sazişin müzakirəsi salınıb. Həmçinin, ?Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında?, ?İcra məmurları haqqında?, ?Banklar haqqında?, ?İpoteka haqqında?, ?İnzibati icraat haqqında?, ?Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında?, ?Dövlət qulluğu haqqında?, ?Əmək pensiyaları haqqında? qanunlara dəyişikliklər olunacaq. İclasda Ailə Məcəlləsi, Mülki Məcəllə, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəllə, Əmək Məcəlləsi və Vergi Məcəlləsinə də dəyişiklik ediləcək. Bundan başqa, ?Sosial xidmət haqqında? yeni qanun layihəsi birinci oxunuşda müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA