AiDP sədri zeyxi fəaliyyətsizlikdə suçladı

img

11-05-2011 [03:26]


Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı hicab mövzusunun gündəmə gəlməsindən, bununla bağlı iki aksiyanın hakimiyyət orqanları tərəfindən dağıdılmasından narahatdır. Onun fikrincə bütün ixtilaflar, həmçinin hicab problemi ağılla, məntiqlə həll edilməlidir: ?Hər iki tərəf bilməlidir ki, bu məsələdən Azərbaycanın ziyanına istifadə etmək niyyətində olanlar var. Xüsusilə də iqtidar bunu dərindən dərk etməlidir. Amma təssüf ki, iqtidar bu məsələdə ağıla-məntiqə deyil, əsasən zorakı metodlara əl atır. Bu isə məsələdən yararlanmaq istəyənlərin xeyrinədir?. ?Hicab dinimizdə mühüm əhəmiyyət kəsb edir və vacibdir? deyən AİDP sədrinin sözlərinə görə, əslində məsələ aksiya keçirilməsinə və onun dağıdılması mərhələsinə gəlib çıxmamalı idi: ?Məncə bu idtidarla dindarlar arasında ciddi düşüncə ayrılığı ucbatından baş verdi. İqtidar bu məsələdə müəyyən kompromis variantlar üzərində baş sındırmadı. Əksinə Mübariz Əhmədoğlunun vasitəsilə İran hakimiyyətini aşağılamaqla işini bitmiş hesab etdi. İran isə buna cavab olaraq Səhər kanalı vasitəsi ilə hicab məsələsini gündəmdə saxlayaraq dindarları çıxılmaz vəziyyətdə qoydu?. ?Əsas problem iqtidarın bu tələblərə biganə və laqeyid qalmasıdır? deyən AİDP sədrinin fikrincə belə bir vəziyyətdə dindarların düşüncəsinə hörmətlə yanaşmaq vacib idi. Onun sözlərinə gərə, məsələ Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam hacı Allahşükür Paşazadə səviyəsində dialoq masasına çıxarıla bilərdi. Şeyxülislamın da bu məsələyə biganə yanaşdığını deyən partiya sədri hesab edir ki, problemin yaranmasında dindarların başsız qalması da rol oynayır: ?Bu da şeyxin fəaliyyətsizliyinin nəticəsidir. Hələ 2 il öncə Şeyxülislama məktub yazıb qaynar xətt yaradılmasını istəmişdim. Hesab edirəm ki, bu məsələ çox aktual məsələdir. Dinimizlə bağlı sualı olanlar bu qaynar xəttə müraciət edib suallarına cavab, çətinliklərinə asan yol tapa bilərdilər. Bir sözlə sualı olan həmin xətt vasitəsilə öz alimlərimizə müraciət edə bilərdilər. Amma indi İranın Səhər kanalına telefon açıb suallarına orada cavab axtarırlar?. İranın hicab məsələsini gündəmdə saxlamasının siyasi səbəblərlə yanaşı iqtisadi səbəbi də olduğunu deyən T.Abbaslının sözlərinə görə, İran ölkəmizdə qarşıqılıq istəməklə bərabər iqtisadi marağını da güdür: ?İranlı iş adamları hicab satdırmaq üçün bu məsələni gündəmdə saxlamağa çalışırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA