ADP: "Polis-vətəndaz qarzıdurmasının əsas günahkarı iqtidardır"

img

11-05-2011 [02:46]


Azərbaycan Demokrat Partiyası bir qrup dindarın Təhsil Nazirliyinin qarşısında keçirdiyi aksiya zamanı polisin dinc aksiya iştirakçılarına qarşı qeyri qanuni zor tətbiq etməsini və aksiyaçıların davranışına adekvat olmayan, aşırı güc tətbiq etməsini qəti olaraq pisləyir və bir daha bildirir ki, yaranmış polis-vətəndaş qarşıdurmasının əsas günahkarı dinc aksiyaların keçirilməsinə imkan verməyən rəsmi iqtidardır. ADP aksiyadan sonra bəzi iştirakçıların həbs olunması, tutulanların polis idarələrində işgəncəyə məruz qalması və saxta ittihamlarla cinayət işlərinin başladılmasını siyasi motivli repressiya kimi qiymətləndirir və iqtidarı konstitusion hüquqlarından faydalanmaq istəyən dinc vətəndaşlara qarşı repressiyalar həyata keçirmək siyasətindən əl çəkməyə və bu cür motivlə həbs edilmiş bütün vətəndaşları dərhal azad etməyə çağırır. ADP hesab edir ki, vətəndaşların sərbəst toplaşmaq, siyasi partiyalarda birləşmək, fikirlərini azad yaymaq və digər Konstitusion hüquqlarının reallaşması üçün hakimiyyət normal şərait yaratmalı və cəmiyyətdə getdikcə artan ictimai-siyasi gərginliyin aradan qaldırılması üçün vətəndaş etirazlarını dinləməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA