Müsavat fəalı polis tərəfindən axtarılır

img

10-05-2011 [09:28]


Müsavat Partiyasının Cəbrayıl Rayon Təşkilatının fəalı Saleh Qəhrəmanov polis tərəfindən axtarılır. Bu barədə MIA-ya partiyanın rayon təşkilatını Ali Məclisdə təmsil edən Hamlet Səfixanlı məlumat verib. Hamlet Səfixanlı bildirib ki, polis bir neçə dəfə partiyadaşının mənzilinə gəlib: ?Məsələ ondadır ki, Saleh Qəhrəmanov həm parlament seçkilərində fəallıq göstərmiş, həm də partiyamızın aksiyalarında iştirak etmişdi. Əvvəllər də Saleh Qəhrəmanova polis tərəfindən təzyiqlər olub, ancaq bu dəfə onun mənzilinə gəlmələri narahatlıq yaradır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA