ALP iqtidarı köklü islahatlar aparmağa çağırdı

img

07-05-2011 [11:19]


Azərbaycan Liberal Partiyası (ALP) ötən gün keçirilən hicab aksiyası ilə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan bəyanatda bildirilir ki, martın 6-da Azərbaycan vətəndaşlarının vicdan azadlığının təminatı tələbi ilə Təhsil Nazirliyinin qarşısında dinc nümayiş keçirməyə cəhd göstərilib. Lakin, polis qüvvələri nümayişi zorakılıqla, amansızcasına dağıdıb, bir sıra vətəndaşlara xəsarət yetirilib. 100-ə yaxın nümayişçi saxlanılılıb, 25 nəfərin işi məhkəməyə göndərilib, nümayiş təşkilatçılarına və iştirakçılarına qarşı əsassız cinayət işi qaldırılıb: ?Azərbaycan Liberal Partiyası nümayişçilərə qarşı bu cür münasibəti Azərbaycan vətəndaşlarının Konstitusiyada təsbit olunmuş vicdan və sərbəst toplaşma azadlığının kobudcasına tapdanması və siyasi repressiya kimi dəyərləndirir və dinc nümayişçilərə qarşı bu qanunsuzluqları qətiyyətlə pisləyir. ALP dini inanclarından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının fundamental insan haqlarının, o cümlədən vicdan və sərbəst toplaşma azadlıqlarının real təminatını, həbs olunmuşların dərhal azad olunmasını, qaldırılmış cinayət işlərinə xitam verilməsini və dindarlara qarşı belə qanunsuzluğa yol verməməyi tələb edir. ALP iqtidarı təhsil sistemində köklü islahatlar aparmağa, orta məktəblərdə dini maarifləndirilmənin elmi əsaslarla gücləndirilməsinə, səmavi dinlərin, xüsusən İslam tarixinin öyrənilməsinə diqqət yetirməyə çağırır. ALP hesab edir ki, dövlət təhsil müəssisələrində yüksək ixtisaslı, vətənpərvər ilahiyyatçı kadrların hazırlanmasının vaxtı çatmışdır və bu yöndə ciddi addımlar atılmalıdır. Azərbaycan Liberal Partiyası bir daha iqtidarı insan hüquqlarına və vicdan azadlığına hörmətlə yanaşmağa və ölkədə qarşıdurmaya gətirəcək hallardan çəkinməyə çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA