ViP dindarların aksiyasına dəstək verdi

img

07-05-2011 [03:14]


?Cəmiyyətin böyük hissəsinin kəskin etirazına baxmayaraq, Azərbaycan hakimiyyəti ölkənin təhsil müəssisələrində qeyri-rəsmi olaraq tətbiq etdiyi ?Hicab qadağası?nı aradan qaldırmamaqla bu məsələ ətrafında yaranmış gərginliyi daha da gücləndirir?. MİA-nın xəbərinə görə, bu fikirlər VİP-in etraz bəyanatında yer alıb. Bəyənatda bildirilir: ?Hakimiyyət ölkə Konstitusiyasında dəqiq əks olunmuş vətəndaşların vicdan, özünüifadə və sərbəst toplaşmaq azadlığını təmin etmək əvəzinə, insanların qeyd olunan hüquqlarını ən kobud formada pozaraq məhdudlaşdırır. Mövcud siyasi qüvvələrin normal fəaliyyətinə imkan verilmir, onların kütləvi aksiyaların təşkili ilə bağlı müraciətlərinə istisnasız olaraq rədd cavabı verilir. Bakıda və ölkənin müxtəlif regionlarında xeyli sayda məscid müxtəlif bəhanələrlə qapadılır, inanclı insanların sərbəst ibadət etmələrinin qarşısı alınır, hicabdan istifadə edən şagird və tələbələr təhsil aldıqları tədris müəssisələrinə buraxılmır. Bu tendensiyanın xüsusilə son dövrlərdə intensiv xarakter alması artıq mövcud hakimiyyətin vicdan, özünüifadə və sərbəst toplaşmaq azadlığına qarşı sayğısızlığının dövlət siyasətinə çevrildiyini söyləməyə tam əsas verir. Təhsil müəssisələrində qanunsuz olaraq tətbiq edilən ?Hicab qadağası? cəmiyyətdə haqlı narazılıq doğurur və bu münasibət müntəzəm təşkil edilən etiraz aksiyalarında ifadə olunur. Lakin hakimiyyət vətəndaşların vicdan azadlığına hörmətsiz yanaşmasını sərbəst toplaşmaq azadlığına münasibətdə də təkrarlayır və qeyd edilən aksiyaların qarşısı amansızlıqla alınır. İnanclı vətəndaşlarımızın 2011-ci il mayın 6-da Təhsil Nazirliyinin qarşısında ?Hicab qadağası? ilə əlaqədar təşkil etdikləri etiraz aksiyası da polis əməkdaşları və mülki geyimli əli dəyənəkli naməlum şəxslərin kobud müdaxiləsi sayəsində xüsusi qəddarlıqla dağıdılıb. Aksiyanın dağıdılması zamanı onlarla iştirakçı müxtəlif dərəcəli xəsarətlər alıb və polis tərəfindən həbs olunub?. Vətəndaş və İnkişaf Partiyası (VİP) dindarların 6 may aksiyasında yol verilmiş zorakılığı qətiyyətlə pisləyir və hakimiyyətdən vətəndaşların vicdan azadlığına hörmətlə yanaşmağı tələb edərək, ölkədə süni qarşıdurma yaradan addımlardan çəkinməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA