MSK sədri Avropa seçki qurumlarının konfransında iztirak edəcək

img

06-05-2011 [03:49]


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti mayın 9-dan 15-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaqdır. Səfər Avropa Şurası Venesiya Komissiyasının Baş katibi Tomas Markertin dəvətilə gerçəkləşəcək. Nümayəndə heyəti Vyanada keçiriləcək Avropa seçki qurumlarının 8-ci konfransında iştirak edəcək. Tədbir ?Dəyişən dünyada seçkilər? mövzusuna həsr olunur. Səfər zamanı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin bir sıra seçki qurumları və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri də nəzərdə tutulub. Görüşlər zamanı həmin qurumlarla gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Səfər çərçivəsində MSK sədrinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən təşkil olunmuş Şərqi Avropa ölkələri seçki qurumlarının koordinasiya toplantısında iştirakı da nəzərdə tutulur. Səfərdə MSK sədrini MSK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA