Azərbaycanda ombudsmanın maazı artırıldı

img

06-05-2011 [02:03]


Bu gün Milli Məclisin iclasında ?Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında? Konstitusiya qanununa dəyişiklik edilib. Dəyişiklik İnsan Hüquqları üzrə Müvəkkilin 1320 manat əvəzinə 1800 manat əmək haqqı almağını nəzərdə tutur. Bundan başqa, bugünki iclasın gündəliyində ?Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında? Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə? eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ.LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti (ONŞ) arasında imzalanmış ?Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında? Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə? qanun layihələri var. İclasda, həmçinin Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA