ABŞ səfirliyi Cabbar Savalanlı barədə hökmə münasibət bildirdi

img

05-05-2011 [06:15]


Amerika Birləşmiş Ştatları səfirliyi narkotik maddə saxlamaq ittihamı ilə 2 il yarım azadlıqdan məhrum edilən gənc fəal Cabbar Savalanlının işini yaxından izləyib. Səfirliyin açıqlamasında deyilir ki, cənab Savalanlının ?Facebook? şəbəkəsində etirazlara səsləyən şərhlər yerləşdirməsindən az sonra həbsi bəzi müşahidəçilərdə ona qarşı ittihamların həqiqiliyi və bu halda ədliyyə sisteminin müstəqilliyi ilə bağlı suallar doğurur. Amerika Birləşmiş Ştatları Azərbaycanda demokratik qurumların və hüquq normalarının güclənməsini əzmlə dəstəkləyir. Ədliyyə orqanlarına müraciət edilir ki, Savalanlının apelyasiyasına Azərbaycanın hüquq və beynəlxalq öhdəliklərinə uyğun şəkildə baxılsın. Açıqlamada qeyd edilir ki, vətəndaşlarla onların hökumətləri arasında demokratiya mədəniyyətinin daha dərin inkişafının təməlini qoyan dialoqu təbliğ etmək üçün söz və toplaşma azadlığına hörmət vacibdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA