ümid Partiyası vəziyyəti müzakirə etdi və qərar verdi

img

05-05-2011 [01:41]


Bu gün Ümid Partiyası Mərkəzi Qərargahında Rəyasət Heyətinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, iclasda ölkənin ictimai siyasi durumu və beynəlxalq vəziyyət müzakirə olunub. Rəyasət Heyəti DSK-larda partiyanı təmsil edəcək nümayəndələrin növbəti imtahan tarixini müəyyənləşdirib və Ümid Partiyası Bakı Şəhər Təşkilatlarının Mərkəzi Qərargahda toplantısının keçirilməsini qərara aldı. Həmçinin Rəyasət Heyəti bələdiyyə üzvlərinin toplantısının keçirilməsi və konfrans keçiriləcək rayonlara səfərlərin təşkili barədə də qərar qəbul etdi. İclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA