Aydınlar Partiyası AXCP-çı gəncə 2 il 6 ay iz verilməsini rəzalət adlandırdı

img

05-05-2011 [01:01]


"AXCP Gənclər Komitəsinin Sumqayt Dövlət Universiteti üzrə koordinatoru Cabbar Savalanlının üzərindən guya narkotika istifadəçisi olmasının ?sübuta yetrilməsi? və 19 yaşlı gəncin 2 il 6 ay azadlıqdan məhrum edilməsi anoloqu olmayan rəzalətdir. Bu fakt bir daha göstərdi ki, hakimiyyət olan-qalan siyasi azadlıqları da məhdudlaşdırmaq, ?müxalifətsiz cəmiyyət? yaratmaq siyasətini davam etdirməkdə marqlıdır". Bu fikirlər Aydınlar Partiyasının bəyanatında yer alıb. Bəyanatda bildirilir ki, ictimai baxımdan fəal, hakimiyyəti davamlı olaraq tənqid edən gəncin şərlənmə yoluyla həbs edilməsi göstərir ki, hakimiyyət opponentlərini 19-cu əsrdən qalma primitiv usullarla sıradan çıxartmaq istəyir və siyasi məhbusların sayını məqsədli şəkildə artırmaq niyyətindədir. Aydınlar Partiyası belə hesab edir ki, C.Savalanlının həbsi həm də son vaxtlar aktivləşən və hakimiyyətdən gerçək demokratik islahatlar tələb edən, korrupsiya və avtoritarizmə qarşı barışmaz mövqe tutan gəncliyin gözünü qorxutmaq, onları susdurmaq cəhdidir. Ancaq belə cəhdlər praktikada həmişə ugursuzluga düçar olub və olacaq da. Aydınlar Partiyası hakimiyyətdən siyasi baxışlarına görə həbs edilən C.Savalanlının dərhal azadlığa buraxılmsını və siyasi təqiblərə son qoymağı tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA