Mirmahmud Mirəlioğlu Əli Əliyev və Əvəz Temirxanla görüzüb

img

04-05-2011 [06:38]


Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında KXCP sədri Mirmahmud Mirəlioğli, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında növbəti görüş keçirilib. Qeyd edək ki, bu, adıçəkilən partiya sədrlərinin son həftələrdə reallaşan silsilə təmasları çərçivəsində baş tutan sayca üçüncü görüşüb. KXCP, VİP və ALP sədrlərinin üçtərəfli görüşündə ölkədəki ictimai-siyasi durum və müxalifətdaxili inteqrasiya təşəbbüslərinin perspektivi ətraflı müzakirə olunub. Tərəflər ölkədə köklü və real dəyişikliklərin həyata keçirilməsinin, eyni zamanda müxalifət qüvvələrinin bir araya gəlməsinin zəruriliyini bildiriblər. Müxalifətin mövcud durumu üzərində geniş dayanan partiya sədrləri əks siyasi düşərgənin yenidən toparlanması üçün təcili addımların atılmasına ehtiyac olduğunu önə çəkiblər. Qarşılıqlı razılaşmaya əsasən, görüşlərin davam etdirilməsi və təkliflərin müzakirə olunaraq dəyərləndirilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA