AXCP-çi gənc 2 il yarım azadlıqdan məhrum edildi

img

04-05-2011 [02:28]


Mayın 4-də Sumqayıt şəhər Məhkəməsi Cabbar Savalanlının işi üzrə hökmünü elan edib. AXCP-çi gənc 2 il yarım azadlıqdan məhrum edilib. Hökm elan olunandan sonra gənclər məhkəmənin həyətində ?Azadlıq, Azadlıq!? deyə şüarlar səsləndiriblər. Bir qrup mülkigeyimli şəxs jurnalistlərin işinə müdaxilə edib, AzadlıqRadiosunun müxbirinin kamerası əlindən alınıb. Məhkəmənin qarşısında polis bir neçə gənc fəalı saxlayıb. Onları Sumqayıt şəhər 3-cü polis bölməsinə aparıblar. C.Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilir. Mayın 3-də dövlət ittihamçısı hakimdən AXCP Gənclər Komitəsinin üzvünə 3 il cəza istəmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA