ALP rayon təzkilatları rəhbərlərinin iztirakı ilə geniz müzavirə keçirilib

img

03-05-2011 [07:57]


Azərbaycan Liberal Partiyası Icraiyyə Komitəsi sədri Elman Məmmədzadənin sədrliyi ilə İK-də pariyanın rayon təşkilatları rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib. MİA-nın xəbərinə görə, müşavirədə ölkədə mövcud olan ictimai-siyasi vəziyyət, ALP nümayəndələrinin ona baxışları, təşkilatlanma məsələləri, partiyanın rayon təşkilatlarının rəhbərlərinə yerli icra hakimiyyəti və polis orqanları tərəfindən basqılar müzakirə edilib. Müzakirələrin yekununda bəyanat qəbul edilib. Bəyanatda deyilir: Son zamanalar ölkədə Azərbaycan iqtidarının yeritdiyi siyasətə qarşı bütün ölkə boyu etiraz aksiyalarının genişlənməsindən təşvişə düşmüş yerli icra hakimiyyəti və polis orqanalrı Azərbaycan Liberal Partiyası rayon şöbələrinin rəhbərlərinə siyasi-polis təzyiqlərini gücləndirmişlər. Belə ki, 15-dən çox rayonda, xüsusən Bərdə, Heftçala, Salyan rayonlarında rayon icra hakimiyyəti başçıları və polis idarəsinin rəisləri ALP yerli şöbələrinin rəhbərlərindən əvvəlcə müxtəlif şirnikləndirmə yolu ilə partiya sıralarından istefa bəyanatı almağa çalışırlar. Bu mümkün olmadıqda isə ALP rayon şöbələrinin rəhbərlərini və onların ailə üzvlərini, yaxın-uzaq qohumlarını işdən çıxarmaqla, fiziki təzyiqlərə məruz qoymaqla, həbc etməklə, hətta bəzi rayonlarda azyaşlı uşaqlarını oğurlatmaqla hədələyirlər. ALP üzvlərinə heç cür təsir edə bilmədikdə isə partiyaya heç bir aidiyyatı olmayan şəxslərin siyasını tərtib edir, onların adından ALP-ni "tərk etmək haqqında bəyanat" hazırlayır və zaman-zaman həmin şəxslərin "bəyanatlarını" KİV-lərə ötürürlər. ALP hesab edir ki, yerli icra hakimiyyəti və polis orqanlarının partiya üzvərinə qarşı bu cür basqıları Azərbaycanın insan haqlarının müdafiəsinə dair qoşulduğu konvensiyalara, onun Konstitusiyasına və qanunlarına hörmətsizlik, vətəndaş hüquqlarının kobudcasına tapdanması və amansız siyasi-polis repressiyasıdır. ALP iqtidardan yerli icra hakimiyyıti vı polis orqanalrının partiya üzvlərinə qarşı kütləvi siyasi-polis repressiyalarına son qoymağı və bu cür qanunsuzluqlara yol vermiş vəzifəli şəxslərin cəzalandırılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA