Fuad Muradov ?Avronest? Parlament Assambleyasına həmsədr seçilib

img

03-05-2011 [04:07]


?Avronest? Parlament Assambleyasının komitələrinə seçkilər keçirirlir. Bu barədə açıqlamanı ?Avronest? Parlament Assambleyasının təsis iclasında iştirak etmək üçün Belçikada səfərdə olan nümayəndə heyətinin üzvləri məlumat verib. Seçkilərin nəticəsi olaraq Milli Məclisin deputatı Fuad Muradov enerji komitəsinin həmsədri seçilib. Deputat Asim Mollazadə isə insan hüquqları komitəsinə sədr seçilib. Qeyd edək ki, Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyətinin tərkibinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə daxildirlər. Brüssel şəhərində keçirilən toplantıya Avropa Parlamentinin prezidenti Yerzi Buzek, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldovanın parlament nümayəndə heyətləri qatılacaq. İclasda ?Avronest? PA-nın komitə və qurumları, struktur bölmələri yaradılacaq, təşkilatın gələcək fəaliyyət mexanizmləri müzakirə edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA