Tahir Abbaslı: ?Türkiyə Bəzər Əsədin istefasına çalızmalıdır?

img

03-05-2011 [02:16]


?Ərəb ölkələrində baş verən inqilabi prolseslərin Liviyada dalnana dirənməsi yaxşı hal deyil və bu ölkədə baş verənlər pi sbir presedent yaradır?. Bu fikirləri AİDP sədri hacı Tahir Abbaslı deyib. Onun fikrincə Liviya hadisələri müsəlman dünyasının başqa ölkələrində vacib olan demokratik dəyişikliyə mane olur: ?Digər tərəfdən bu tipli hadisələr imkan verəcək ki, proseslərə NATO əl qoysun. NATO Liviyanı bombaladığı kimi digər ölkələri də bombalaya bilər?. Misal olaraq Suriyanı göstərən AİDP sədrinin fikrincə Bəşər Əsəd istefa verməsə və bu ölkədə müxalifət-hakimiyyət qarşıdurması gərginləşsə NATO bu ölkəni də bombalayacaq: ?Belə olan təqdirdə Suriyanın parçalanma ehtimalı böyükdür. Parçalanma prosesi baş versə orada yaşayan kürdlər status tələb edəcəklər. Çövlan təpələri İsrailə qalacaq. İraqda olduğu kimi, Qərb burada da kürdlərin federal statusunu tanıyacaq və gələcəkdə İraq Kürdistanı ilə birləşmə də baş verə bilər. Eyni proses İranda da təkrarlana və burada da kürd sorunu ortaya gələ bilər?. ?Bu isə İsrailin əsas niyyətlərindən biridir? deyən T.Abbaslının fikrincə, İranda da kürd məsələsi qabardılsa Güney Azərbaycanda vəziyyət pis olacaq. Urmiya və ətrafında Qarabağ məsələsinə bənzər münaqişə yaranacaq?. AİDP sədrinin fikrincə proses bu şəkildə davam edərsə bölgədə kürd dövləti də yradıla bilər: ?Çünki bunu istəyən qüvvələr var. Kürd dövləti qurulsa Türkiyədə parçalanmaq təhlükəsi ilə üzləşə bilər. Ona görə də hesab edirəm ki, Liviya ssenarisi təkrarlanmasın deyə, Türkiyə Bəşər Əsədin istefasına çalışmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA