ümid Partiyası imtahanın nəticələrini açıqladı

img

02-05-2011 [03:02]


Şənbə günü Ümid Partiyasının Mərkəzi Qərargahında keçirilən Dairə Seçki Komissiyalarına namizədlikləri irəli sürülən şəxslərlə bağlı imtahan komissiyası nəticələri elan edib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, 2 gün müddətində Partiyanın Rəyasət Heyətinin üzvlərindən təşkil edilmiş iki qrupdan ibarət imtahan komissiyası 58 DSK üzrə 94 nəfər namizədin imtahanda yazdıqları cavabları yoxlayıblar. Namizədlər birinci mərhələdə 20, ikinci mərhələdə isə 25 balla qiymətləndirilən 5 suala cavab verməli olublar. İmtahanda iştirak edən nümayəndələrdən yalnız 30 nəfəri keçid balı-13 baldan yuxarı toplaya biliblər. İmtahan komissiyasının ümumi yekun qərarına əsasən 7 nəfər 20 baldan yüksək bal toplayıb. Yalnız 1 nəfər 23 bal toplayıb. imtahanın nəticələrindən narazı olanlar 5 gün müddətində partiya sədrinin adına apelyasiya şikayəti verə bilər. İmtahanda iştirak edərək keçid balı toplayanların adları aşağıdakılardır: - Mirzəyev Elnur Niyazi oğlu - Hüseynov Fikrət Hüseyinəli oğl - Fərzəliyev Malik Məhərrəm oğlu - Məhərrəmov Şahin Vahid oğlu - Məhərrəmov Kəramət Babaxan oğlu - Abasov Xanlar Yusif oğlu - İbrahimov İlqar Əli oğlu - Hüseynova Sonna Sultanovna - İbrahimov Vüqar Əflatun oğlu - Qarayev Aqşin Zahid oğlu - Qurbanova Flora Novruz qızı - Rzayev Elşad Salman oğlu - Şirinov İlham Şirin oğlu - Quliyev Mayis İnqilab oğlu - Abbasov Xanlar Nüsrət oğlu - Qasımov Habil Cankişi oğlu - Əlizadə Şahin Ramiz oğlu - Əliyev İbad Novruz oğlu - Əliyev Qabil Mürüvvət oğlu - Cabarrov Möhübbət Nəriman oğlu - Rüstəmov Elxan Ələkbər oğlu - İsayev Anar Rafiq oğlu - Fətəliyev Qahir Təyyar oğlu - Həsənov Seyfi İnqilab oğlu - Səfərov Namiq Musa oğlu - Əliyev Şahin İslam oğlu - Verdiyeva Fatma İmamverdi qızı - Muradov Mahmud Hənəfi oğlu - Məhəmmədov Rəsul İsrafil oğlu - Abdullayev Eldar Saleh oğlu Xatırladaq ki, Ümid Partiyasının DSK-larda təmsilçiliyi 58 dairə üzrə MSK dakı nümayəndələr tərəfindən bölgü prinsipləri ilə müəyyən edilmişdi. Partiyanın Rayon Təşkilatlarının Məclisləri demək olar ki, bir dairə üzrə iki və daha çox şəxsin nümayəndəliyini irəli sürmüşdü. Məhz bu şəxslər arasında seçim etmək üçün onlarla imtahanın keçirilməsi barədə partiyanın Rəyasət Heyəti qərar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA