Harvard universitetində Bəxtiyar Hacıyevin məsələsi müzakirə olunacaq

img

02-05-2011 [01:24]


Bu gün, mayın 2-də, (Bakı vaxtı ilə axşam 9-da) ABŞ-ın Harvard universitetində universitetin Mərkəzi-Şərqi,Cənubi-Şərqi Avropa üzrə Kokkalis proqramı, İctimai Liderlik Mərkəzi, Beynəlxalq İnkişaf Mərkəzi və Yaxın Şərq Təşəbbüsünün təşkilatçılığı ilə ?Dissidentin bələdçisi: avtokratların öz opponentlərini susdurmaq üçün istifadə etdikləri hüquqi və hüquqdankənar manevrlər. Onlardan necə qurtulmalı?? mövzusunda tədbir keçiriləcək. Tədbirdə universitetin məzunları-Venesuela seçkilərində iştirakına qadağa qoyulan Leopoldo Lopez və Azərbaycanda həbsdə olan Bəxtiyar Hacıyevin timsalında dünyada avtoritar rejimlərin,diktatorların öz opponentlərini susdurma metodları müzakirə edəcəklər. Xatırladaq ki, bu yaxınlarda Harvard universitetin 15 nüfuzlu professoru İlham Əliyevə müraciət edərək Bəxtiyar Hacıyevin həbsindən narahatlıqlarını ifadə etmiş, məhkəmə müddətində onun həbsdən azad edilməsini xahiş etmişdilər. Bəxtiyar Hacıyev Harvard universitetinin onun müdafiəsi üçün etdiyi addımlardan məmnun qaldığını deyib: ?Dünyanın bir çox ölkəsində ictimai-siyasi xadimlərin yetişməsində xidmətləri olmuş və dünyada xüsusi nüfuzları olan professorların haqqımda dedikləri xoş fikirlər məni məmnun edir. Harvard universitetinin qayğısını hər zaman hiss etmişəm. Hələ tələbə olduğum vaxtda siyasi baxışlarıma görə Azərbaycan hakimiyyəti məni dövlət təqaüdündən məhrum edəndə, mən çox ciddi maddi sıxıntılarla üzləşəndə ,universitet rəhbərliyinin mesajı sadə idi: ?Sən bizim tələbəmizsənsə sənin problemin bizim problemimizdir.Maddi sıxıntılar barəsində düşünmə,onu biz həll edərik,sən təhsilini davam etdir?. Mən arzu edirəm ki, Harvard universitetinin öz məzunlarına göstərdiyi qayğını məzun olduğum digər təhsil ocaqları da öz məzunlarına, dövlətimiz isə öz vətəndaşlarına göstərəcək.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA