Millət Vəkili Fərəc Quliyevin Türkiyə görüzləri

img

02-05-2011 [11:50]


Milli Dirçəliş Hərəkatı (MDH) lideri, Millət Vəkili Fərəc Quliyev Türkiyə səfərindən qayıdıb. İzmirdə ?Türkiyədə yaşayan Azərbaycan Türklərinin I qurultayı?nda (23-24 aprel 2011) iştirak etmək üçün dəvətli olan Millət Vəkili qurultaydan sonra Ankaraya səfər etmişdir. Paytaxta gedişin məqsədi isə bir müddətdən sonra Türkiyəyə yenidən ediləcək səfərə hazırlıqla bağlı olmuşdur. Bu müddətdə Ankarada gələcək görüşlərə hazırlıq məqsədi ilə bir sıra görüşlər keçirilmişdir. Millət Vəkili Fərəc Quliyev Ankarada Dr. Şükrü Karaca, Dr. Gürsel Dönmez, Abbas Bozyel - (MHP Mərkəz yönətim kurulu), Prof. Dr. Mətin Ergün - (Türk Dünyası ve Uluslararası ilişkilər başkanlığı ? D.Baxçalının I yardımçısı, türkoloji professor, Güney Azərbaycan uzmanı), Prof. Dr. Çətin Elmas - (IPMA Mərkəzinin prezidenti, MHP Başkan yardımçısı, MHP Təşviqat məsulu), Şamil Ayrım - (əski millət vəkili - MHP), Kemal Yurtnac - (T.C. Yurtdışı Türklər və Akraba Topluluklar başqanlığı - Başqan), Prof. Dr. Məsud Hatəmi - (Güney Azərbaycan təmsilçisi), İsak Eyrice, Mustafa Kabakcı - (AKP millət vəkili), Ümid Özdağ - (MHP millət vəkili, XXI yüzyıl Strateji Araşdırmalar Mərkəzinin rəhbəri), Ali Kulebi - ( Ulusal güvənlik Stratejik Araşdırmalar Mərkəzi ), Dr. Muhsin Kadıoğlu - (Aydınlar ocağı genel sekreteri - yazar), Seyfəddin Altaylı (TRT Avaz), Nihat Çətinkaya -( araşdırmacı-yazar), 12 müxtelif Dərnək rəhbəri, bir sıra media, televiziya, sivil toplum təşkilatları, Strateji Araşdıma Mərkəzlərinin təmsilçiləri, əski Bakan və Dövlət adamları ilə görüşlər keçirmişdir. Nəzərdə tutulan növbəti səfər Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçiriləcək seçkilərdən sonraya nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA