ümid Partiyasında DSK-ya namizədlər üçün imtahan keçirilib

img

30-04-2011 [04:19]


Bu gün saat 10.00-da Ümid Partiyası Mərkəzi qərargahında Partiyanın Dairə Seçki Komissiyalarına təmsilçi olaraq namizədlikləri rayon təşkilatları tərəfindən irəli sürülmüş Partiya üzvlərinin imtahanı keçirilib. İmtahan başlamazdan əvvəl namizədlərlə görüşən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə prosesin əhəmiyyəti haqqında danışıb. İqbal Ağazadə çıxışında qeyd etdi ki, bu Azərbaycan siyasi sitemində yeni bir ənənədir. ?Ümid Partiyası Azərbaycan siyasi sistemində ilk dəfə olaraq bu qaydanı həyata keçirir və bu siyasi sitemin daha da demokratikləşməsinə, təkmilləşməsinə təkan verəcək. Hakimiyyətdən şəffaflıq istəyən təşkilat bunu öz daxilində reallaşdırmağı bacarmalıdır. Bu cəmiyyətdə yeni bir üsulun, ənənənin tətbiqidir?. İmtahan komissiyasının rəhbəri, MSK üzvü Akif Qurbanov imtahanın prosedur qaydaları, nəticələrin necə hesablanması haqqında ətraflı məlumat verərək qeyd etdi ki, 58 dairə üzrə Ümid Partiyası öz nümayəndələrini imtahan əsasında seçib müəyyən edəcək. ?Rayon Təşkilatlarının göndərdiyi nümayəndələr Partiyanın Mərkəzi orqanının qərarı əasında yazılı və şifahi imtahandan keçməlidirlər. Yazılı imtahanda namizədlərə 20, şifahi imtahanda isə beş sual verilir. Onlara bu suallara cavab vermək üçün 1 saat müddət nəzərdə tutulub. Hər bir sual üçün maksimum 1 bal, orta cavab isə 0,5 balla qiymətləndiriləcək və ümumi maksimal bal 25 bal olacaq. Yazılı və şifahi imtahanın hər ikisindən birgə 13 bal toplayan namizəd imtahandan müsbət qiymət almış hesab ediləcək?. Şifahi imtahan iki qrup üzrə həyata keçirilib. Partiya Ali Məclisinin sədri Ənvər Ağazadənin rəhbərlik etdiyi qrupa partiya sədrinin müavinləri Şəbnəm Karslı, Arif Paşa və Səməd Hətəmov daxil idi. Icra Aparatının rəhbəri Nəsimi Məmmədlinin rəhbərlik etdiyi digər qrupa isə partiya sədrinin müavini Rəfail Tağızadə və şöbə müdiri Razi Abbasbəyli daxil idi. İmtahanda rayon təşkilatlarının hər birindən bir neçə nümayəndə iştirak edirdi və mətbuat nümayəndələrinə prosesi müşahidə etmək üçün şərait yaradılmışdı. Namizədlərin sayının çoxluğunu nəzərə alaraq yazılı imtahan 3 növbədə həyata keçirildi. İmtahan posesi başa çatmadığından növbəti gün davam etdirilməsi qərara alındı. İmtahanının nəticələri əsasında namizədlərin DSK üzvlüyünə göndərilməsi təsdiq ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA