Ziyafət Əsgərov ?Avronest? PA-nı təsis edəcək

img

30-04-2011 [03:34]


Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti ?Avronest? Parlament Assambleyasının təsis iclasında iştirak etmək üçün mayın 2-dən 3-dək Belçikada səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə daxildirlər. Brüssel şəhərində keçiriləcək toplantıya Avropa Parlamentinin prezidenti Yerzi Buzek, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldovanın parlament nümayəndə heyətləri qatılacaq. İclasda ?Avronest? PA-nın komitə və qurumları, struktur bölmələri yaradılacaq, təşkilatın gələcək fəaliyyət mexanizmləri müzakirə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA