ictimai Palata hakimiyytə köklü islahatlarla bağlı təkliflər verəcək

img

29-04-2011 [03:16]


İctimai Palata ölkədəki demokratik dəyişikliklər və köklü islahatlarla bağlı ?Yol xəritəsi? hazırlamağı planlaşdırır. Həmin xəritə hakimiyyətə və ictimaiyyətə təqdim olunacaq. Bu haqda İctimai Palatanın aprelin 29-da keçirilən sessiyasında AXCP sədri Əli Kərimli deyib. Həmçinin, Palatanın iki şurası yaradılıb. AXCP sədrinin müavini Gözəl Bayramlı Qadınlar Şurasının, Vidadi İsgəndərli isə İctimai Tədqiqatlar Şurasının sədri seçilib. Palataya 25 nəfər üzv qəbul edilib. Hazırda qurum bundan sonrakı addımlarını müzakirə edir. Təkliflər var ki, növbəti mitinqin vaxtı müəyyən edilsin. Bu yöndə müzakirələr davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA